Göyçayda 20 hektar biçilmiş taxıl sahəsi yanıb

Göyçayda 20 hektar biçilmiş taxıl sahəsi yanıb
# 18 avqust 2011 13:17 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda yanğın hadisəsi baş verib. Göyçay rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə hadisə ötən gecə saat 22:00 radələrində Bığır kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus biçilmiş taxıl sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə nəticəsində 20 hektar ərazidə quru saman, kol-kos yanıb, alovun nar bağlarına doğru hərəkətinin qarşısı alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR