Salyanda oğurluq edən mütəşəkkil cinayətkar dəstə yaxalanıb

Salyanda oğurluq edən mütəşəkkil cinayətkar dəstə yaxalanıb
# 18 avqust 2011 18:45 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Salyanda oğurluq edən mütəşəkkil cinayətkar dəstə yaxalanıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon polis şöbəsinin müstəntiqi Nizami Məhərrəmov məlumat verib. Məlumatda bildirilir ki, bir ildən yuxarı Salyan, Neftçala, Sabirabad, Biləsuvar, Saatlı rayonunda vətəndaşların mal-qarasını və ev quşlarını oğurlayan 6 nəfərdən ibarət cinayətkar dəstə yaxalanıb. Həmin şəxslər Salyan rayon sakinləri 1984-cü il təvəllüdlü Babayev Soltanəziz Həmid oğlu, 1990-cı il təvəllüdlü Zamanov Cavid Ərəstun oğlu, 1990-cı il təvəllüdlü Şükürov Rəvan Etibar oğlu, 1987-ci il təvəllüdlü Süleymanov Müşviq Böyükkişi oğlu, 1987-ci il təvəllüdlü Məlikov Mirsəttar Allahverdi oğlu və 1987-ci il təvəllüdlü Nəcəfov Aqil Ehtiram oğlu şübhəli şəxs qismində Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Adları qeyd edilən şəxslər müxtəlif vaxtlarda vətəndaşların iri və xırda buynuzlu heyvanlarını və ev quşlarını talamaqla məşğul olublar. Onlar talamaq yolu ilə əldə etdikləri ev heyvanlarını ayrı-ayrı vətəndaşlara bazar qiymətlərindən aşağı qiymətə satmaqla qanunsuz yolla pul əldə ediblər. İstintaqın araşdırdığı yalnız Salyan rayonunun Şorsulu kəndi ərazisində müxtəlif vaxtlarda 6 fakt üzrə 17 baş qoyun-quzu, 2 baş dana və 60 toyuq, Seyidlər kəndində 1 dana, Sarvan kəndində 2 baş dana oğurlayıblar.
Hal-hazırda istintaq cinayətkar dəstənin digər rayonlarda oğurladıqları ev heyvanlarını miqdarını müəyyənləşdirir.
Dəstə üzvlərinə qarşı 11 avqust 2011-ci il tarixindən Azərbaycan CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə cinayət işi açılıb.
Fakt üzrə istintaq işləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR