Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
# 19 avqust 2011 15:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İçərişəhərin Qoşa Qala qapısı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Bakı şəhər icra hakimiyyəti başçısının sərəncamına əsasən 20 avqust 2011-ci il tarixindən Qoşa Qala qapısında əsaslı təmir tikinti işləri həyata keçiriləcək. Bununla əlaqədar İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən Gənclər meydanı da daxil olmaqla “Qoşa Qala” qapısı istiqamətində bütün avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən sözügedən ərazidə təmir tikinti işlər başa çatanadək alternativ yollardan istifadə etmələri xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR