Azərbaycanın Gədəbəy rayonunda ağır yol qəzası baş verib, bir ailədən 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Azərbaycanın Gədəbəy rayonunda ağır yol qəzası baş verib, bir ailədən 2 nəfər ölüb, 7 nəfər yaralanıb
# 20 avqust 2011 07:25 (UTC +04:00)
Şəmkir sakini, 1974-cü il təvəllüdlü Eldar Ələkbərovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun qardaşı Elmdar Ələkbərov aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. Avtomobildə olan ailənin daha 7 üzvü - Kəmalə, Ələkbər, Murad, Mərmər, Günel, Samirə və Məhərrəm Ələkbərovlar müxtəlif dərəcədə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR