Leysan Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan kəndlərinə ciddi ziyan vurub

Leysan Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan kəndlərinə ciddi ziyan vurub
# 22 avqust 2011 09:07 (UTC +04:00)
Laqodexi. Nizami Məmmədzadə - APA. Avqustun 20-də axşam saatlarında başlayan leysan yağışları Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndinə ciddi ziyan vurub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qabal kənd icra nümayəndəsi Camal Niyazov bildirib ki, avqustun 21-də kəndin ərazisindən keçən Qabal çayı səhər saat 11-dən başlayaraq məcrasından çıxıb və kəndin “Çökək” deyilən məhəlləsinə bir metrədək çay suları dolub: “Kəndin həyətyanı sahələri su içindədir, ev quşları məhv olub. Qarğıdalı sahələrindəki məhsul sel sularının altında qalıb. Güclü leysan Uzuntala kəndinə də ciddi ziyan vurub. Burada da kənd sakinlərin əkin sahələri suya qərq olub. Hadisə barədə rayon rəhbərliyinə məlumat verilib. Bu gün komissiya yaradılacaq və əhaliyə dəyən ziyan hesablanacaq”.

Leysan Marneuli və Bolnisi rayonlarında da fəsadlar törədib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR