Bakıda marşrut avtobuslarının toqquşması nəticəsində 8 nəfər yaralanıb

Bakıda marşrut avtobuslarının toqquşması nəticəsində 8 nəfər yaralanıb
# 23 avqust 2011 08:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər yaralanıb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib. Stansiyanın baş həkimi Mürsəl Həmidov bildirib ki, hadisə nəticəsində ölən yoxdur: “Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdiriliblər”.

Qeyd edək ki, rayon ərazisində 145 saylı marşrutu ilə 165 saylı marşrut avtobusu toqquşub. Hadisə nəticəsində hər iki avtobusda olan sərnişinlər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və yaralılara ilkin tibbi yardım göstərilib.

Hazırda ərazidə polis əməkdaşları araşdırma aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR