Dövlət ittihamçısı Vidadi İsgəndərlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Dövlət ittihamçısı Vidadi İsgəndərlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
# 25 avqust 2011 16:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi Vidadi İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vidadi İsgəndərovun vəkili Xalid Bağırovun APA-ya verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses avqustun 26-da davam etdiriləcək.

İttihama görə, ötən il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərov barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Mayın 2-də Vidadi İsgəndərova qeyd edilən maddələrlə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR