Şamaxı sakini meşədə marixuana yetişdirdiyi üçün tutulub

Şamaxı sakini meşədə marixuana yetişdirdiyi üçün tutulub
# 26 avqust 2011 20:07 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda xüsusi üsulla marixuana yetişdirən şəxs tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə polis əməkdaşları avqustun 27-də Qaleybuğurd kəndində əməliyyat-axtarış tədbirləri həyata keçirərkən ərazidəki meşə zolağında xüsusi üsulla yetişdirilmiş 6 ədəd marixuana kolu aşkar ediblər. Müəyyən edilib ki, narkotik xassəli bitkini kənd sakini 1977-ci il təvəllüdlü Şükürov Samir Sahib oğlu əkib. O tutularaq istintaqa təhvil verilib, barəsində cinayət işi açılaraq araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR