Azərbaycanın Tovuz rayonunda 67 yaşlı kişini ildırım vurub

Azərbaycanın Tovuz rayonunda 67 yaşlı kişini ildırım vurub
# 27 avqust 2011 10:22 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Tovuz sakinini ildırım vurub. Tovuz rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə dünən saat 16:00 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib. Yuxarı Öysüzlü kənd orta məktəbində müəllim işləyən kənd sakini 1944-cü il təvəllüdlü Hakim Sadıqov özünə məxsus heyvanları örüşdən gətirən zaman onu ildırım vurub. Hakim Sadıqov hadisədən dərhal sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərildikdən sonra bu gün evə buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR