Penitensiar Xidmətin həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 02 noyabr 2011 13:39 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, həbsxanada cəza çəkən 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.11; 181.3.2; 181.3.3; 38-ci maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Kərimov Güldadaş Sakit oğlunun yanına qısamüddətli görüşə gələn qohumu Səfərova Çiçək Bahadur qızının gətirdiyi ərzaq məhsullarına baxış keçirilib. Bu zaman əridilmiş bitki yağı konserv bankasının içərisində gizlədilən ağ sellofana bükülən 2 ədəd elektrik qidalandırıcısı, 1 ədəd qulaqcıq, 3 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd sim nömrə aşkar olunub.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR