Xaçmazda baş verən yol qəzasında 3 nəfər yaralanıb

Xaçmazda baş verən yol qəzasında 3 nəfər yaralanıb
# 03 noyabr 2011 07:05 (UTC +04:00)
Xaçmaz. Zaur Quliyev – APA. Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi, polis mayoru İlkin Abdullayevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, Xaçmaz rayonunun Arzu kənd sakini, 1988-ci il təvəllüdlü Əlimuradov Amil Rafiq oğlunun idarə etdiyi 38 BD 508 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobil Xaçmaz şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədov Arif Sabir oğluna məxsus 27 BG 987 dövlət nömrə nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və “Hyundai Sonata”da olan sərnişin - Xaçmaz rayon sakini, 1980-ci il təvəllüdlü Əlimuradov Cavanşir Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır, qəzanın səbəbləri dəqiqləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR