Azərbaycanda orta məktəbdə partlayış olub, bir şagird yaralanıb

Azərbaycanda orta məktəbdə partlayış olub, bir şagird yaralanıb
# 11 noyabr 2011 11:12 (UTC +04:00)
Hadisə bu gün Buzovna qəsəbəsində yerləşən 234 saylı orta məktəbdə qeydə alınıb. Nəticədə 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğlu yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polisdən, həmçinin bildirilib ki, sözügedən məktəbdə qaz xətti olmayıb. Partlayışın nədən baş verdiyi hələlik məlum deyil.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR