Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb - FOTOSESSİYA

Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb - <font color=red>FOTOSESSİYA</font>
# 12 noyabr 2011 07:49 (UTC +04:00)
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının komandanı general-mayor İlham Abdullayev bildirib ki, 10 avtomobildən ibarət yardım karvanı İran ərazisindən keçərək Türkiyəyə daxil olacaq. Karvanla zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulmuş 150 ədəd çadır, 200 ədəd yataq çarpayısı göndərilir.

İ.Abdullayevin sözlərinə görə, dövlət başçısının göstərişi ilə bundan əvvəl 1250 ədəd çadır, 700-ə yaxın yataq dəsti, 5 min adyal, 40 generator, 40 mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərərçəkmiş bölgəyə çatdırılıb. Bu, artıq Türkiyənin Van bölgəsinə göndərilən üçüncü yardım karvanıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR