Bakı-Qazax yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var
# 12 noyabr 2011 11:25 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bakı-Qazax-Gürcüstan magistral yolunun 283-cü kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb. “Niva” markalı minik maşını yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə hər iki maşının sürücüsü aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər. Avtomobillərdə olan daha iki nəfər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda qəzada ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR