Qazaxıstanda terrorçu 7 nəfəri öldürdükdən sonra özünü partladıb

Qazaxıstanda terrorçu 7 nəfəri öldürdükdən sonra özünü partladıb
# 12 noyabr 2011 20:52 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan baş prokurorunun müavini Nurmuxanbet İsaev Astanada keçirdiyi brifinqdə bildirib ki, noyabrın 12-də Qazaxıstanın Cambul vilayətinin mərkəzi Taraz şəhərində terrorçu M.Kariev qeyri-müəyyən səbəbdən vilayətin hüquq mühafizə orqanlarının nümayəndələrinə silahlı hücum etmiş, bir neçə nəfəri öldürüb.
Onun dediyinə görə, sonra terrorçu silah mağazasına hücum edərək bir nəfəri qətlə yetirib, birini isə ölümcül yaralayıb. Bundan sonra terrorçu onu izləyən hüquq mühafizə orqanlarının əməkdaşlarını da öldürüb, onların xidməti silahlarını götürüb.
Təxminən iki saatdan sonra terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyat həyata keçirilərkən aradan çıxa bilməyən M.Kariev özünü partlatmış, onu tutmaq istəyən zabit həlak olmuş, bir nəfər isə yaralanıb. Ümumilikdə isə terrorçu 7 nəfəri qətlə yetirib, 3 nəfər isə yaralanmışdır. Hadisə ilə bağlı cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR