Ombudsmana və onun Milli preventiv qrupunun üzvlərinə əlavə hüquqlar verilib

Ombudsmana və onun Milli preventiv qrupunun üzvlərinə əlavə hüquqlar verilib
# 14 noyabr 2011 10:37 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Dəyişikliklə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və onun Milli preventiv qrupunun üzvlərinə əlavə hüquqlar verilib. Qaydalara edilmiş əlavəyə əsasən, ombudsman və Milli preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qapalı tipli təlim-tərbiyə müəssisələrinə daxil ola, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşə və söhbət edə bilər. Eyni zamanda, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış ola və surətlərini ala bilər, akt tərtib edə, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdıra bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR