Cəlilabadda yol qəzasında bir nəfər ağır xəsarət alıb

Cəlilabadda  yol qəzasında bir nəfər ağır xəsarət alıb
# 14 noyabr 2011 10:59 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün saat 19.00 radələrində Ələt-Astara magistral yolunun 192-ci kilometrliyində - Cəlilabadın Alar kəndi ərazisində qeydə alınıb. Rayonun Ocaqlı kənd sakini, 1986-cı il təvəllüdlü Amid İbad oğlu Həsənovun idarə etdiyi “VAZ-2107” markalı, 15 BK 495 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Coşqun Aslan oğlu Rzayevin idarə etdiyi “Mercedes” markalı, 90 LD 042 nömrə nişanlı avtomobillə vurulub.
Nəticədə yolun kənarındakı şam ağacına çırpılan “VAZ-2107”nin sürücüsü ağır bədən xəsarətləri ilə Bakı xəstəxanalarından birinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR