Xaçmazda ev yanaraq külə dönüb

Xaçmazda ev yanaraq külə dönüb
# 14 noyabr 2011 18:51 (UTC +04:00)
Xaçmaz. Zaur Quliyev – APA. Bu gün axşam saatlarında Azərbaycanın Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. Rayonun Bayoba kənd sakini, 1973-cü il təvəllüdlü Qurbanov Zahid Gülmurad oğluna məxsus ümumi sahəsi 40 kvadrat metr olan 2 otaqlı yaşayış evi içərisindəki ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli müxbirinə verilən məlumata görə, hadisə yerinə təcili olaraq Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını göndərilib. Güclü alov geniş sahəni əhatə etdiyindən əraziyə Quba rayonundan da yanğınsöndürmə briqadası cəlb edilib. Bütün səylərə baxmayaraq yanğının qarşısını vaxtında almaq mümkün olmayıb. Bu səbəbdən də ev içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Hazırda hadisə yerində araşdırma aparılır, yanğının baş vermə səbəbləri və ev sahibinə dəymiş ziyan dəqiqləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR