Qubada azyaşlının ölümüylə nəticələnən qəza baş verib

Qubada azyaşlının ölümüylə nəticələnən qəza baş verib
# 15 noyabr 2011 00:55 (UTC +04:00)
Dövlət Yol Patrul Xidmətinin əməkdaşı Dəyanət Mirzəbəyovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, Bakı şəhəri istiqamətində hərəkət edən, Siyəzən rayon sakini 1980-ci il təvəllüdlü Xankişiyev Tamir Nadir oğluna məxsus 10 HS 995 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin gücündən iki yerə bölünən avtomobilin bir hissəsi Nərimanabad kənd sakini Rəhim Balayevə məxsus həyətyanı əraziyə düşüb.

Qəza nəticəsində sürücü Tamir Xankişiyev, sərnişinlər Xızı rayonunun Sitalçay kənd sakinləri Tünzalə Əliyeva, Rəşad Əliyev, Siyəzən rayon sakinləri Sevda Xankişiyeva və azyaşlı Fatimə Xankişiyeva ağır bədən xəsarətləri alıblar. Xoşbəxtlikdən qəza zamanı avtomobildə olan daha bir azyaşlı Amin Xankişiyev isə möcüzə şəklində heç bir xəsarət almayıb. Yaralılar xəstəxanaya aparılarkən 5 yaşlı Xankişiyeva Fatimə Tamir qızı yolda keçinib. Digər xəsarət alanlar isə Quba Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti ağırdır. İlkin ehtimal kimi qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR