İnternet klubda qətl törədən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

İnternet klubda qətl törədən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 18 noyabr 2011 12:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən İlkin Həşimovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, prosesdə apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Həşimov 13 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, İ. Həşimov internet klubda aralarında yaranan münaqişə nəticəsində Elnar Məmmədovu bıçaqlayaraq qətlə yetirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR