Bakıda “Sənaye təhlükəsizliyi, dənizdə və quruda neft dağılmalarına qarşı mübarizə” mövzusunda I Xəzər - Qara Dəniz beynəlxalq konfransı keçirilir

Bakıda “Sənaye təhlükəsizliyi, dənizdə və quruda neft dağılmalarına qarşı mübarizə” mövzusunda  I Xəzər - Qara Dəniz beynəlxalq konfransı keçirilir
# 21 noyabr 2011 07:54 (UTC +04:00)
APA-nın məlumatına görə, iki gün davan edəcək konfransda Fövqəladə Hallar Nazirliyinin (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bölgədə fəaliyyət göstərən neft şirkətlərinin, dövlət qurumlarının, beynəlxalq təşkilatların, Qazaxıstan, Böyük Britaniya və digər ölkələrin nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Azərbaycanda neft çirklənmələri ilə mübariz sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Nazir müavini qeyd edib ki, Azərbaycan neft çirklənmələri ilə mübarizə sahəsində beynəlxalq konvensiyaya qoşulub, bu ilin avqust ayında Azərbaycanla Qazaxıstan arasında neftlə çirklənmələrə qarşı mübarizə üzrə tədbirlər planı imzalanıb.

F. Tağızadə qeyd edib ki, FHN-in Xəzərdə neft dağılmaları üzrə mübarizə üçün 11, neft platformalarında və digər infrastrukturlarda baş verən yanğınları söndürmək üçün 7 gəmisi mövcuddur.

FHN-in baş məsləhətçisi İlkin Kəngərli isə çıxışında FHN-in neft dağılmaları, hadisələrin ləğvi və aradan qaldırılmasındakı rolundan danışıb. O, nazirliyin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin fəaliyyəti barədə də məlumat verib. Xidmətin əsasının 1959-cu ildə qoyulduğunu deyən nazirlik təmsilçisi bu günədək neft dağılmalarının aradan qaldırılması sahəsində 19 uğurlu əməliyyat həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, xidmət bu gün dənizdə neft dağılmalarına qarşısını almaq üçün zəruri olan bütün avadanlıqlara malikdir. Qeyd olunub ki, FHN bu sahədə Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə, o cümlədən xarici tərəfdaşları ilə birgə bir sıra təlimlər keçirilib.

Sonuncu belə təlim isə sentyabrda Azərbaycan, Rusiya və Qazaxıstan Fövqəladə Hallar nazirliklərinin nümayəndələrinin iştiraklı ilə “Lukoyl” şirkətinin Xəzər dənizinin şimalındakı platformasında reallaşıb.

Qeyd edək ki, konfransın təşkilatçısı Böyük Britaniyanın “Conference Capital” şirkətidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR