Oğuz rayonunda oğruluqda təqsirləndirilən şəxs həbs edilib

Oğuz rayonunda oğruluqda təqsirləndirilən şəxs həbs edilib
# 21 noyabr 2011 09:21 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov - APA. Azərbaycanın Oğuz rayonunda oğruluqla məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, Oğuz rayon sakini Məhərrəmov Zaur Çingiz oğlu Oğuz RPŞ-yə ərizə ilə müraciət edərək, Oğuz şəhərində ona məxsus mobil telefon və aksesuarların satışı mağazasının qarət edildiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Z. Məhərrəmova məxsus mağazadan 150 manat nəğd pul və 323 manat dəyərində danışıq kartları naməlum şəxs tərəfindən oğurlanıb.
Oğuz RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, Z. Məhərrəmova məxsus mağazanı 1990-cı il təvəllüdlü Oğuz şəhər sakini Cumarov Vüqar Mövlud oğlu qarət edib.
Keçirilmiş tədbir nəticəsində V. Cumarov ötən gün həbs edilərək istintaqa təhvil edilib. Faktla bağlı V. Cumarov barəsində Oğuz RPŞ-də cinayət işi başlayıb, onun Oğuz rayon ərazisində baş vermiş digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR