Azərbaycanın İmişli rayonunda yol kənarından qətlə yetirilmiş qadının meyiti tapılıb

Azərbaycanın İmişli rayonunda yol kənarından qətlə yetirilmiş qadının meyiti tapılıb
# 23 noyabr 2011 07:20 (UTC +04:00)
Hadisə rayonun Qaralar kəndində qeydə alınıb. Yol kənarında üzərində qəsdən adam öldürülməyə xarakterik olan xəsarətlərlə naməlum qadın meyiti tapılıb. Araşdırmalar nəticəsində qadının Sabirabad rayonunda anadan olmuş, hazırda İmişli rayonunda yaşayan, 42 yaşlı Ənnağıyeva Sevda Bahadır qızı olduğu müəyyən edilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR