Hərbi hissədən silah-sursat oğurlayıb satmaqda təqsirləndirilən hərbi qulluqçuların apellyasiya şikayətləri təmin olunmayıb

Hərbi hissədən silah-sursat oğurlayıb satmaqda təqsirləndirilən hərbi qulluqçuların apellyasiya şikayətləri təmin olunmayıb
# 23 noyabr 2011 09:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan Ordusunun hərbi hissəsindən silah-sursat oğurlayıb satmaqda təqsirləndirilən hərbi qulluqçular - Elnur Ammayev və Fərid Manafovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, onlar xidmət etdikləri hərbi hissədən silah-sursat oğurlayaraq satmaqda təqsirləndirilirlər. Hər iki şəxs Cinayət Məcəlləsinin 232-ci (sertifikatlaşdırılmamış rabitə vasitələrin satışını təşkil etmə) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma göndərmə) maddələrinə əsasən ittiham olunurlar.

Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən, Elnur Ammayev və Fərid Manafov 5 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR