Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var
# 23 noyabr 2011 11:10 (UTC +04:00)
Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün saat 12.30 radələrində rayonun Ə. Rəcəbli küçəsində qeydə alınıb. 55 saylı marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə gələn Təcilli Tibbi Yardım Stansiyasının həkimləri yaralılardan ikisini – Ədalət Qasımov və Əziz Əzizovu xəstəxanaya aparıblar. Digər yaralılar isə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR