FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təlim keçirib - FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təlim keçirib - <font color=red>FOTO</font>
# 24 noyabr 2011 13:33 (UTC +04:00)
Bu barədə APA FHN-in internet saytına istinadən məlumat verib. Təlimin ssenarisinə əsasən, zavodunun 2 saylı istehsalat sahəsinin 22 nömrəli qurğusunun vakuum bölməsinin K-1 kolonunda şərti qəza nəticəsində 43 metrlik kolonun 37-ci metr səviyyəsində şərti yanğın baş verib. Kolonda olan neft məhsulları xaricə çıxmaqla ətrafa dağılıb və yanıb. Təlimə 4 nömrəli çağırışla Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı qarnizonunun qüvvə və vasitələri - 16 əsas və 7 xüsusi təyinatlı yanğınsöndürən avtomobil, 115 nəfər şəxsi heyət, zavodun 21 nəfər mühəndis-texniki personalı cəlb edilib.
Təlimdə yeni alınmış yanğınsöndürən avtomobillərin və "PURQA" tipli köpüklə söndürmə qurğularının ekstremal vəziyyətlərdə taktiki-texniki imkanlarından maksimum istifadə qaydaları öyrənilib. Şəxsi heyətin fiziki səviyyəsi nümayiş etdirilib, döyüş, peşə, və psixoloji hazırlığının artırılması istiqamətində müvafiq işlər görülüb. Təlimdə qarşıya qoyulmuş məqsədə tam nail olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR