Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulub

Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulub
# 28 noyabr 2011 07:21 (UTC +04:00)
Saatlı. Əlibәy Zeynallı - APA. Azərbaycanın Saatlı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan bir qrup şəxs saxlanılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı rayon Polis Şöbəsinin müstəntiqi Ərşad Süleymanov məlumat verib. Məlumatda bildirilir ki, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şirinbəy kənd sakinləri Cəfərov Nadir Nurəddin oğlu, Cəfərov Nurəddin Fərhad oğlu və İsayev Abasət Səxavət oğlu narkotik vasitələrin qanunsuz satışı və istifadəsi ilə məşğul olur. Saxlanılan şəxslər bütün bunları özləri etiraf ediblər.
Noyabrın 25-də məhkəmənin qərarı ilə Nadir Cəfərovun evində axtarış aparılarkən evin çardağında qanunsuz olaraq saxladığı 46.49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Nurəddin Cəfərovun evində axtarış apararkən evin zirzəmisində torbada qanunsuz olaraq saxladığı 85 qram çəkidə narkotik vasitə olan qurudulmuş xaşxaş kütləsi aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Saatlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR