Qətldə təqsirləndirilən bacı-qardaşın apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Qətldə təqsirləndirilən bacı-qardaşın apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 28 noyabr 2011 08:52 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində taksi sürücüsü Aşır Nəsirovu qətlə yetirməkdə təqsirləndirilən Solmaz və Səbuhi Rəhimov bacı-qardaşlarının apellyasiya şikayətləri əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, prosesin baxış iclası dekabrın 1-nə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhkəmənin hökmü ilə Səbuhi Rəhimov 15, Solmaz Rəhimova isə 13 il azadlıqdan məhrum edilib.

İttihama görə, Səbuhi Rəhimov və Solmaz Rəhimova 2008-ci il dekabrın 16-da taksi sürücüsü Aşır Nəsirovu Novxanı bağları massivində qətlə yetirməkdə təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunublar.

Onu da qeyd edək ki, Səbuhi və Solmaz Rəhimovaların cinayət işi üzrə məhkəmə prosesi 2009-cu ildə başa çatıb. Həmin vaxt barələrində olan hökmdən apellyasiya şikayəti verməyən təqsirləndirilən şəxslər bu il apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət ediblər. Məhkəmə onların vəsatətini təmin edib və müddət bərpa olunub. Bundan sonra apellyasiya şikayəti verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR