Azərbaycanın tanınmış şirkətinin bir ay əvvəl itkin düşmüş əməkdaşının meyiti tapılıb

Azərbaycanın tanınmış şirkətinin bir ay əvvəl itkin düşmüş əməkdaşının meyiti tapılıb
# 01 mart 2012 07:07 (UTC +04:00)
Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, “Azersun Holding” şirkətinin Tağıyev qəsəbəsində yerləşən Kağız İstehsalı Kombinatının çirkab su anbarında meyit aşkarlanıb. Hadisə yerinə Şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəlib. Araşdırma nəticəsində tapılan şəxsin kimliyi müəyyənləşib. Onun bir ay əvvəl - yanvarın 30-da polis tərəfindən itkin düşmüş kimi axtarışda olan, elə həmin şirkətin mühafizəçisi, 39 yaşlı Firdovsi Budaq oğlu Məmmədov olduğu məlum olub. Hazırda mərhumun ölümünün səbəbləri araşdırılır.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR