Sankt-Peterburqda 7 nəfəri qətlə yetirən erməni ömürlük azadlıqdan məhrum edilib

Sankt-Peterburqda 7 nəfəri qətlə yetirən erməni ömürlük azadlıqdan məhrum edilib
# 01 mart 2012 07:47 (UTC +04:00)
APA-nın məlumatına görə, erməni həmçinin 26 quldurluq faktı, iki qarət, doqquz sənədlərin oğurlanması faktı üzrə günahkar bilinib. Bu cinayətlər 2005-2008-ci illərdə törədilib.

İstintaq zamanı məlum olub ki, Aqaron Qalstyan şəxsi “VAZ-21150” maşınında taksi xidməti göstərib. Kefli sərnişinləri içərisinə “Azeleptin” preparatı qatılmış “Coca-cola” və qəhvəyə qonaq edən erməni sürücü sərnişin huşunu itirdikdən sonra onu qarət edib, sonra küçəyə atıb gedirmiş. Şəhərdə zəhərlənmə faktlarının artması ciddi narahatçılıq doğurub, hüquq-mühafizə orqanları bu faktları araşdırmağa başlayıblar. Yüksək dozada dərmanlı içki qəbul etmiş sərnişinlərdən biri ölüm ayağında arvadına zəng vurmağa macal tapa bilib. Polis müşahidə kameralarını yoxlayır, zəng vurulan saatla lentləri müqayisə edərək qatilin maşınının nömrəsini müəyyənləşdirə bilib. Qalstyan həbs olunur, onun üzərində 100 ədəd “Azeleptin” preparatı tapılıb.

Cinayətkar həbs edildikdən sonra onu telekanallarda nümayiş etdiriblər. Quldurluğa məruz qalmış şəxslər onu tanıyırlar. Tamaşaçılar sayəsində erməninin daha bir qətldə iştirakı müəyyənləşib. Məhkəmədə 300 şahidini ifadəsi dinlənib. Araqon Qalstyan ittihamları qəbul etməsə də, ailəsi ondan imtina etdiyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR