Kürdəmirdə avtomobillərin toqquşması nəticəsində piyada ölüb

Kürdəmirdə avtomobillərin toqquşması nəticəsində piyada ölüb
# 01 mart 2012 08:36 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Azərbaycanın Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 21:00 radələrində Kürdəmir şəhərinin Bakı prospektində qeydə alınıb. Kürdəmir sakini Adil Rəhimovun idarə etdiyi 10-NN-699 dövlət nömrə nişanlı, “VAZ 21099” dövlət nömrə nişanlı minik maşını qarşı tərəfdən gələn Ağsu sakini Fikrət Məhərrəmovun idarə etdiyi 90-DD-402 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Toqquşma zamanı avtomobillərdən biri sürüşərək yolun kənarındakı piyada - 1956-cı il təvəllüdlü Sədirov Varis Məlikağa oğlunu vurub. Hadisə nəticəsində sürücülər yüngül xəsarət alsa da, piyada Varis Sədirov xəstəxanada dünyasını dəyişib. Piyadanın hansı avtomobil tərəfindən vurulması müəyyən edilməyib. Faktla bağlı rayon polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR