Tərtərdə yaşayış evində partlayış olub

Tərtərdə yaşayış evində partlayış olub
# 01 mart 2012 09:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Tərtər rayonunda yaşayış evində partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər rayonu, yanğınla nəticələnən partlayış Kəngərli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan birmərtəbəli yeddi otaqlı evdə qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisə maye qaz balonunun partlaması nəticəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR