Bakıda oğurluq edən şəxs tutulub

Bakıda oğurluq edən şəxs tutulub
# 02 mart 2012 08:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının mərkəzindəki böyük ticarət mərkəzində oğurluq olub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 26-sı saat 20 radələrində, «Park Bulvar» Ticarət Mərkəzində Bakı şəhər sakini Elnarə Hüseynzadənin çantasından 1300 manat, 300 ABŞ dolları və sənədlər oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev martın 1-də yaxalanıb. Ondan 0,208 qram heroin aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR