Bakının Xətai rayonundakı sürüşmə sahəsində vəziyyət stabilləşib

Bakının Xətai rayonundakı sürüşmə sahəsində vəziyyət stabilləşib
# 09 mart 2012 09:31 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. O deyib ki, son 6 gün ərzində ərazidə problem olmayıb: “Hazırda sürüşmənin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər planının icrasına başlanılıb. Sürüşmə kütləsində yükün azaldılması işləri başa çatdırılıb, qrunt suyunun azaldılması, yamacın hamarlanması həyata keçirilib. Ərazidə olan artıq suvarma xətləri hamısı yığışdırılıb. Ərazidə 4 drenaj quyusu qazılmalıdır. Artıq onlardan ikisi qazılıb istifadəyə verilib, ikisi də qazılır”.
Ş. Niftiyev bildirib ki, ərazidə monitorinq davam edir: “Hazırda nazirliyin geoloqları mövcud mayaklarda nəzarəti aparırlar. Nazirlik tərəfindən həm hidrogeoloji, həm mühəndis-geoloji tədqiqatlar davam etdirilir”.

Onun sözlərinə görə, Qaraçuxur qəbiristanlığının aşağı hissəsindəki sürüşmə sahəsində də hələlik stabilləşmə gedir. Son 3 gündə ərazidə dəyişiklik nəzərə çarpmayıb: “Amma orada proses davam edir. Ərazidə prosesləri nəzarətdə saxlamaq üçün müşahidələr aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR