Qoşunların təmas xəttində traktor minaya düşüb

Qoşunların təmas xəttində traktor minaya düşüb
# 09 mart 2012 11:35 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini Bayramov Rövşən Bayram oğlu

qoşunların təmas xəttində yerləşən Mirəşelli kəndi yaxınlığında yer şumlayan zaman mina partlayıb. Xəsarət alan R. Bayramov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun xəsarətlərinin həyatı üçün təhlükə yaratmadığı bildirilib.

Minaya düşən traktor yanaraq yararsız hala düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR