Moskva Dövlət Açıq Universitetinin Bakı filialının vəzifə saxtakarlığında təqsirləndirilən baş mühasibinə hökm oxunub

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının vəzifə saxtakarlığında təqsirləndirilən baş mühasibinə hökm oxunub
# 12 mart 2012 14:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Moskva Dövlət Açıq Universitetinin Bakı filialının vəzifə saxtakarlığı və digər cinayətlərdə təqsirləndirilən baş mühasibi Yusifov Sarı Cəmil oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində 70-ci maddə tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və cəzası şərti hesab olunub.

Qeyd edək ki, bir müddət əvvəl həmin universitetin rektoru Muğan Salahov, prorektoru Ramazan Hüseynov və xəzinədarı Nemət Həsənova da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muğan Salahov 4 il, Ramazan Hüseynov 3 il, Nemət Həsənov isə 2 il müddətinə azadlıqdan şərti olaraq məhrum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Təqsirləndirilən şəxslər abituriyentləri ali məktəbə qanunsuz qəbul etməkdə ittiham olunublar.

Onu da qeyd edək ki, S. Yusifov Cinayət Məcəlləsinin 308 -ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213-cü (vergidən yayınma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR