Azərbaycanda satıcı müştərini marketdə qətlə yetirib

Azərbaycanda satıcı müştərini marketdə qətlə yetirib
# 13 mart 2012 09:22 (UTC +04:00)
Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin prokuroru Çingiz Əlizadə APA-ya bildirib ki, hadisə Tovuz rayonunun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Qəhrəmanov Emin Rafael oğlu martın 12-də saat 20 radələrində bıçaq xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub və aldığı xəsarətdən orada dünyasını dəyişib. Fakta görə həmin tarixdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, zəruri istintaq hərəkətləri həyata keçirilib və cinayətin aləti olan bıçaq aşkar edilərək götürülüb.

E. Qəhrəmanovun həmkəndlisi, 1977-ci il təvəllüdlü Ələsgərov Hafiz Alik oğlu rayon polis şöbəsinə könüllü gələrək təslim olub və törətdiyi əməli etiraf edib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Daxili İşlər Nazirliyi də qətllə bağlı məlumat açıqlayıb. APA-nın nazirliyi saytına istinadən verdiyi məlumata görə, martın 12-də Tovuz rayonunun Abulbəyli kəndi ərazisindəki "Qərb Qalası" adlı marketdə, orada satıcı işləyən rayon sakini Hafiz Ələsgərov münaqişə zəminində mağazada müştəri qismində olan kənd sakini Emin Qəhrəmanovu bıçaqla qətlə yetirib. H.Ələsgərov Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR