Prokuror həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şamaxı sakininə cəza istəyib

Prokuror həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şamaxı sakininə cəza istəyib
# 13 mart 2012 13:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şamaxı sakini Mirsahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsə son söz verilib. Lakin o çıxışa hazır olmadığı üçün proses martın 19-na təxirə salınıb.

Qeyd edək ki, M. Ağayev həyat yoldaşı Sevda Ağayevaya çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra isə Polis Şöbəsinə gələrək, həyat yoldaşını öldürdüyün deyib. Lakin həkimlərin səyi nəticəsində S. Ağayeva sağ qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR