Baş Prokurorluq “Oskar Qrup” MMC-nin direktorunun həbsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq “Oskar Qrup” MMC-nin direktorunun həbsi ilə bağlı məlumat yayıb
# 13 mart 2012 15:31 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Bakı şəhər sakini Amid Hacıyevin “Oskar Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bayramov Muxtar Süleyman oğlunun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. M.Bayramov A.Hacıyevə “Bank Standart” Kommersiya Bankının filialına müdir təyin etdirəcəyini vəd edərək aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşdıqları 50.000 manat pulun 10.000 manatını 9 mart 2012-ci il tarixdə MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında alarkən cinayət başında yaxalanıb. Onun Bakı şəhərində yaşadığı mənzilindən A.Hacıyevə məxsus diplom, əmək kitabçası, hərbi bilet və iki ədəd fotoşəkili aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. M.Bayramov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda M.Bayramovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə müvafiq araşdırmalar aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR