Azərbaycanın Şamaxı rayonu ərazisində zəlzələlərin aktivləşməsinin səbəbi açıqlanıb

Azərbaycanın Şamaxı rayonu ərazisində zəlzələlərin aktivləşməsinin səbəbi açıqlanıb
# 14 mart 2012 10:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, xeyli vaxtdır, həmin ərazidə dağ suxurlarının sıxılması prosesi gedir: “Biz bu proses üzərində müşahidələr aparırırq. Dağ suxurlarının sıxılması nəticəsində belə yeraltı təkanlar meydana gəlir. Məhz buna görə Şamaxı-İsmayılı zonası Azərbaycanın seysmik cəhətdən ən aktiv bölgəsi hesab edilir”.

Q. Yetirmişli zəlzələlərin aktivləşməsinin hava şəraiti ilə əlaqədar olması versiyasını inkar edib: “Planetlərin düzülüşü, maqnit sahəsinin dəyişməsi yeraltı təkanlara müəyyən təsirlər göstərir. Amma bunun hava ilə əlaqəsi yoxdur”.

Baş direktor deyib ki, ümumiyyətlə gün ərzində Azərbaycan ərazisində 5-8 təkan olur: “Onlardan əksəriyyəti maqnitudası lap az olan zəlzələdir. Mərkəzin stansiyaları hətta 0,1 maqnitudada olan zəlzələləri de qeydə ala bilir. Mərkəzin saytına isə adətən maqnitudası 3 baldan yuxarı zəlzələlər haqqında məlumatlar yerləşdirilir. Ümumiyyətlə, burada qorxulu heç nə yoxdur. Enerji boşalması prosesi daha daha güclü zəlzələlərin olmasının qarşısını alır”.

Qeyd edək ki, bu gün Şamaxı rayonu ərazisində iki, martın 12-də isə bir zəlzələ olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR