Nazir müavini: “Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, erməni terrorunun ifşası istiqamətində digər dövlət orqanları ilə əlaqəli şəkildə iş aparılır”

Nazir müavini: “Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, erməni terrorunun ifşası istiqamətində digər dövlət orqanları ilə əlaqəli şəkildə iş aparılır”
# 15 mart 2012 10:02 (UTC +04:00)
Ermənistan xətti üzrə son vaxtlar əldə edilən nailiyyətlər xüsusi vurğulanmalıdır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetdə “Milli təhlükəsizliyimizin qorunmasında gənclərin rolu” mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxışında milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev deyib.

Nazir müavini bildirib ki, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, erməni terrorunun ifşası istiqamətində fəaliyyət bir an belə səngimədən digər dövlət orqanları ilə əlaqəli şəkildə aparılır.

“Ötən il isə nazirliyin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyinə qarşı yönəlmiş terror hadisələrinin qarşısı uğurla alınıb. Bu ilin yanvar ayında Bakı şəhərində fəaliyyət göstərən əcnəbi vətəndaşlara qarşı terror aktı törətməyə hazırlaşan xarici xüsusi xidmət orqanları ilə əlaqəli bir qrup zərərsizləşdirilib. Bununla yanaşı, Pakistan və Əfqanıstan ərazisində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan bir neçə Azərbaycan vətəndaşı tutularaq cinayət məsuliyyətinə cəlb olunub”, - deyə Ə. Şəfiyev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR