Şəki sakininin evində qadağan olunmuş dini kitablar və digər vasitələr aşkar edilib

Şəki sakininin evində qadağan olunmuş dini kitablar və digər vasitələr aşkar edilib
# 17 mart 2012 09:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şəki sakininin evindən qadağan olunmuş dini kitablar və digər vasitələr aşkar olunub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, martın 16-da Şəki Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dini radikalizm və qeyri-ənənəvi dini təriqətlə məşğul olan Turan qəsəbə sakini Yaşar Əliyevin evindən çoxlu sayda dini məzmunlu müxtəlif kitablar, jurnallar və 3 ədəd disk aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR