Göyçayda ev yanıb

Göyçayda ev yanıb
# 17 mart 2012 15:36 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay şəhərində yaşayış evində yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərində H.Zərdabi küçəsi, dalan 6, ev 22 ünvanında yerləşən mənzildə qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Mübariz Tağı oğlu Feyziyevə məxsus ümumi sahəsi 280 kv. metr olan fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 50 kv. metrlik hissəsi yanıb, xəsarət alan olmayıb.

Ev sahibi hadisədən xəbərsiz olduğu üçün yanğın barədə rayon yanğından mühafizə hissəsinə qonşular gec məlumat verib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR