Azərbaycanın Şabran rayonunda baş verən dəhşətli yol qəzasında bir ailənin 3 üzvü ölüb, 5 nəfər yaralanıb
21 mart 2012 07:48 (UTC +04:00)
İki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü həlak olub, 5 nəfər yaralanıb. 41 yaşlı Ağalıq kənd sakini Əlibabayev Niyətəli Qəribağa oğlunun idarə etdiyi 17 BC 173 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn eyni markalı, Rəhimli kənd sakini 23 yaşlı Ələsgərov Sərxan Şakir oğlunun idarə etdiyi 10 BL 884 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində Niyətəli Əlibabayev və 2 yaşlı oğlu Elmir Əlibabayev hadisə yerində keçinib. Onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Əlibabayeva Telli Tahir qızı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Digər avtomobildə olanlar - Rəhimli kənd sakinləri 21 yaşlı Namiq Poladov, 24 yaşlı Kamran Paşayev, 30 yaşlı Rəhidxan Həmzəyev, 23 yaşlı Sərxan Ələsgərov, 22 yaşlı Cəfər Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın şöbə müdiri Ağayar Quliyev APA-nın şimal müxbirinə bildirib ki, onların vəziyyəti hazırda qənaətbəxşdir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Martın 20-də saat 19.00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun 160-cı km-də də ağır yol nəqliyyat hadisəsi baş verib. Yolun Quba rayonu İqrik kəndi ərazisindən keçən hissəsində Quba rayonu 1-ci Nügədi kənd sakini, 41 yaşlı Nəbiyev Elçin Paşa oğlu idarə etdiyi 90 HV 526 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı minik avtomobili yoldan çıxararaq aşıb. Avtomobilin yolun kənarındakı dərəyə düşməsi nəticəsində Elçin Paşayev dünyasını dəyişib. Hadisə zamanı o maşında tək olub.
Hər iki faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Hadisə
Bakıda polis quldurluq əməlində şübhəli bilinən şəxsi zərərsizləşdirib
23:21
9 sentyabr 2024
Xudatda ana azyaşlı övladına xəsarətlər yetirib - YENİLƏNİB
21:40
9 sentyabr 2024
Naxçıvanda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO
19:16
9 sentyabr 2024
Sabirabadda yol qəzası olub, xəsarət alan var
18:23
9 sentyabr 2024