Bakıda istirahət mərkəzində yanğın baş verib

Bakıda istirahət mərkəzində yanğın baş verib
# 25 mart 2012 20:25 (UTC +04:00)
APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğının ümumi sahəsi 1500 kv.m olan istirahət mərkəzinin mətbəxinin, çamaşırxanasının və 7 istirahət otağının dam örtüyünün 200 kv.metrini əhatə edib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

İstirahət mərkəzinin qalan hissəsi, yanacaq doldurma məntəqəsi və ümumi 65 ton olmaqla 3 yanacaq çəni mühafizə olunub.

Yanğın saat 17:50-də söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR