Nəqliyyat Nazirliyi Bakıda taksi sürücüsünün nazirliyin müfəttişləri tərəfindən döyülməsi xəbərinə münasibət bildirib
27 mart 2012 12:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov-APA-Economiks. Nəqliyyat Nazirliyi Bakıda taksi sürücüsünün nazirliyin müfəttişləri tərəfindən döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov APA-ya açıqlamasında qeyd edib ki, məlum hadisə kriminal xarakterli hadisə olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: “Məlum hadisəni Daxili İşlər Nazirliyi araşdıracaq. Üstəlik məlumatda qeyd olunur ki, hadisə barədə “102” xidmətinə xəbər veriblər. Biz də öz tərəfimizdən bu məsələni araşdıracağıq. O maşının və işçilərin doğrudan da bizim maşın və ya işçilər olduğuna gəlincə, biz hələlik bu görüntüləri öyrənməliyik, görüntünün montaj olub-olmadığını araşdırmalıyıq. Çünki indi internetdə müxtəlif çəkilişlər və ya şəkillər yerləşdirilir”.
N. Həsənov hadisəni törədən şəxsin Nəqliyyat Nazirliyi əməkdaşı olacağı təqdirdə onun işdən qovulacağını deyib: “Biz də bu məsələni araşdıracağıq, məlum olsa ki, bizim işçilər bu məsələdə günahkardır, onlar haqqında ciddi tədbir görüləcək. Biz özümüz də belə əməkdaşların sistemdə qalmasının tərəfdarı deyilik”.
Daxili İşlər Nazirliyindən isə APA-ya bildirilib ki, məlum hadisə ilə bağlı DİN-in “102” xidmətinə məlumat daxil olub. Daxil olan məlumat araşdırıldıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, internetdə Bakıda taksi sürücüsünün Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən ölümcül döyülməsini özündə əks etdirən video görüntülər yayılıb. Hadisə yerinə gələn sürücünün yoldaşları dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vuraraq məlumat veriblər.

Hadisə
Bakıda avtomobil motosikleti vurub
20:27
19 sentyabr 2024
Bakıda körpünün üzərində yol qəzası olub, iki maşın yanıb- FOTO - YENİLƏNİB-1 - VİDEO
18:27
19 sentyabr 2024
Sabirabadda ticarət mərkəzində yanğın olub - VİDEO
18:09
19 sentyabr 2024
Fazil Qasımovun ev dustaqlığına buraxılması və cinayət işinə xitam verilməsi barədə vəsatətlər təmin edilməyib
16:36
19 sentyabr 2024