Qırğızıstan prezidentinin səfəri ilə əlaqədar Azərbaycan paytaxtının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Qırğızıstan prezidentinin səfəri ilə əlaqədar Azərbaycan paytaxtının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 30 mart 2012 07:10 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, qonaqların təhlükəsizliyini təmin etmək məqsədlə bu gündən sabah səfər başa çatanadək fasilələrlə Aeroport şossesi, Heydər Əliyev, Azadlıq prospektləri, Mehdi Hüseyn, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva küçələri, Neftçilər prospekti, “Azneft” meydanı və Fəxri Xiyabanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR