Ağcabədidə bələdiyyələrin maarifləndirmə işi ilə bağlı regional seminar keçirilib

Ağcabədidə bələdiyyələrin maarifləndirmə işi ilə bağlı regional seminar keçirilib
# 30 mart 2012 21:18 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. Ağcabədidə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bərdə və İmişli regional ədliyyə şöbələri və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşkilatçılığı ilə bələdiyyələrin maarifləndirmə işi ilə bağlı regional seminar keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, seminarda Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyaları, Milli Arxiv İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, Ağcabədi, Yevlax, Mingəçevir, Bərdə, Ağdam, Tərtər, İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Füzuli rayonlarının bələdiyyə sədrləri və üzvləri iştirak ediblər.
Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkədə həyata keçirilən tədbirlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib: “Yerli demokratiyanın inkişafında əldə olunan nailiyyətlərlə yanaşı, bəzi bələdiyyələrin fəaliyyətində nöqsanlara da yol verilib. Gələcəkdə bələdiyyələrin işinə maneçilik törədən problemlərin və yol verilən nöqsanların aradan qaldırılması üçün hər birimiz əlimizdən gələni eləməliyik.”
Seminarda yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və onun bələdiyyələrdə tətbiqi, bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması, bələdiyyələrdə arxiv işinin təşkili və insan hüquqlarının qorunması işində bələdiyyələrin rolu mövzularında müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR