Azərbaycan paytaxtında baş verən yol qəzasında 7 nəfər xəsarət alıb

Azərbaycan paytaxtında baş verən yol qəzasında 7 nəfər xəsarət alıb
# 31 mart 2012 07:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Hadisə ötən gecə Bakının Xəzər rayonu ərazisində, Mərdəkan yolunda qeydə alınıb. “Mercedes” markalı maşın yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olan 7 nəfər xəsarət alıb. Yaralılar Sabunçu xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR