Bakıda yol qəzası baş verib, ölən və yaralananlar var

Bakıda yol qəzası baş verib, ölən və yaralananlar var
# 31 mart 2012 08:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 30-u saat 23:55 radələrində Babək prospektində Bakı şəhər sakinləri Emin Əliyev idarə etdiyi «VAZ-2107» markalı və Rafiq Rəhmanovun idarə etdiyi «Mersedes» markalı avtomobillər toqquşub. Qəza nəticəsində yaralanan E. Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. «Mersedes» markalı avtomobilin sərnişinləri Hökümə Rəhimova və oğlu İbrahim xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR